Dorinel Muntyanu: 3 xal arzulayırdıq
29.11.2014 - 19:29
Dorinel Muntyanu: 3 xal arzulayırdıq

“Maraqlı və gərgin oyun oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.

 

Rumıniyalı mütəxəssis bu gün Topaz Premyer Liqasının XIV turunda Bakıda “Neftçi” ilə 0:0 hesablı heç-heçə etmələrinə şərh verib: “Neftçi” Azərbaycanın güclü komandalarından biridir. Biz bundan öncəki oyunda da “Neftçi” ilə heç-heçə etmişdik. Deyərdim ki, bu oyunda təhlükəli epizodlarımız oldu.  Düzdür, 1 xal qazandıq. Amma biz 3 xal arzulayırdıq”.(pfl)