Dorinel Muntyanu: Biz xalı rəqibə hədiyyə etdik
20.11.2014 - 19:18
Dorinel Muntyanu: Biz xalı rəqibə hədiyyə etdik

"Biz oyuna yaxşı hazırlaşmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.

 

 

Topaz Premyer Liqasının XII turunda “Qəbələ” səfərdə AZAL-la qarşılaşıb. Oyun 3:3 hesablı heç-heçə ilə başa çatıb.

 

Rumıniyalı çalşışdırıcı paytaxtda qazandıqları 1 xaldan danışıb: “Bu gün hər iki hissədə topa nəzarət edən tərəf biz idik. Düşünürəm ki, biz xalı rəqibə hədiyyə etdik. Rəqib standart vəziyyətlərdən yararlandı. Təəssüflənirəm ki, qələbə qazana bilmədik”.(pfl)