Dorinel Muntyanu: Komandam ikinci hissədə xarakter göstərdi
24.10.2014 - 18:51
Dorinel Muntyanu: Komandam ikinci hissədə xarakter göstərdi

“Bilirdik ki, oyun çətin keçəcək. Çünki “Sumqayıt” qısa bir zamanda liderliyə yüksəlmişdi”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qəbələ”nin baş məşqçisi Dorinel Muntyanu deyib.

 

Rumıniyalı mütəxəssis Topaz Premyer Liqasının IX turunda doğma publika önündə “Sumqayıt” üzərində qazanılan əzmkar qəbədən (3:1) danışıb: “Düşünürəm ki, ilk hissədə “Sumqayıt”ın bir şansı oldu və bundan yararlandı. İki fərqli hissə izlədik. Komandam ikinci hissədə xarakter göstərdi və qələbə qazandı. Mən komandamı qələbə münasibəti ilə təbrik etmişəm. Ekiqo bu gün yaxşı oynadı. Ehtiyatda oturan futbolçu meydançaya çıxdıqdan sonra məhz belə oynamalı idi. Qol ötürməsi verdi, qol vurdu. Oyuna fəal qoşuldu, hərəkətlilik yaratdı”.(pfl)