Dortmund polisi 21 “Qalatasaray” azarkeşini saxladı
05.11.2014 - 21:06
Dortmund polisi 21 “Qalatasaray” azarkeşini saxladı

Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Dortmund “Borussiya”sı ilə qarşılaşan “Qalatasaray”ın 21 azarkeşi Almaniya polisi tərəfindən saxlanılıb. Apasport.az saytının məlumatına görə, buna 4:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatan oyunda qonaq komandanın fanatlarının meydana fişəng və yanan maddələri atmaları səbəb olub.

 

700 azarkeşin şəxsiyyətləri isə yerli polislər tərəfindən yoxlanılıb. Daha sonra onların əksəriyyət yerli sakin olduqları üçün buraxılıb.

 

Qeyd edək ki, sözügedən qarşılaşmada “Cim-Bom” azarkeşlərinin xoşagəlməz hərəkətlərindən sonra matç 2 dəfə dayandırlıb. Qarışıqlıqlar nəticəsində iki polis zabiti yaralanıb. Bununla əlaqədar olaraq, alman polisi cinayət işi açıb.