Droqba 2 illik təklifdən imtina etdi
17.06.2015 - 22:30
“Çelsi”nin keçmiş hücumçusu Didiyer Droqba ABŞ klubu “Orlando Siti”nin iki illik təklifinə rədd cavabı verib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, floridalılar Droqbanın Kaka ilə birlikdə yaxşı tandem ola biləcəyini düşünüblər.
Ancaq afrikalı hücumçu bu təklifdən imtina edərək başqa variantlar üzərində düşünməyə qərar verib.
Xatırladaq ki, daha əvvəl bir daha İngiltərə klublarında oynamayacağını bildirən Droqba ABŞ-dan gələn təkliflərə baxacağını demişdi.
0
0