Braziliya yığması Amerika Kubokunun startından əvvəl son hazırlıq matçını sabah keçirəcək. Apasport.az saytının məlumatına görə, “selesao” Hondurasla oyunda gücünü sınayacaq.
Oyundan öncə Neymarın həmin matçda oynayıb-oynamayacağı ilə bağlı suallara komandanın baş məşqçisi Dunqa aydınlıq gətirib:
“Bu bizim çempionatdan öncəki son oyunumuzdu. Gərək bütün oyunçularımızı iş başında görək, zədəliləri və cəzalıları da nəzərə almaqla müxtəlif variantları yoxlayaq. O səbəbdən Neymar da daxil hər kəs meydana çıxmağa hazır olmalıdı”.
Qeyd edək ki, Çempionlar Liqasının finalı ilə əlaqədar olaraq milli komandaya digər yoldaşlarından gec qoşulan Neymar istirahət etməyə vaxt tapmamışdı.