Dunqa Neymarın xidmətindən imtina etdi
07.05.2016 - 00:38
Dunqa Neymarın xidmətindən imtina etdi

“Copa America”da iştirak edəcək Braziliya millisinin yekun heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, milli komandanın baş məşqçisi Karlos Dunqa 23 futbolçunu sərəncamında görmək istəyib.

 

Maraqlıdır ki, dəvət olunanlar arasında “Barselona”nın ulduzu Neymarın adı yoxdu. Buna səbəb isə onun bir neçə ay sonra Rioda baş tutacaq Olimpiadada iştirak edəcək olmasıdı.

 

Məşqçilər heyəti gənc oyunçunu çox yükləməmək üçün ona istirahət haqqı veriblər.

 

Beşqat dünya çempionları Amerika kubokunda aşağıdakı oyunçuların xidmətlərindən yararlana biləcək.

 

Qapıçılar: Alisson ("İnternasional"), Dieqo Alveş ("Valensiya"), Ederson ("Benfika").

 

Müdafiəçilər: Daniel Alveş ("Barselona"), Fabinyo ("Monako"), Filipe Luis ("Atletiko", Madrid), Duqlas Santos ("Atletiko Mineyro"), Miranda ("İnter"), Gil ("Şandonq Lunenq"), Markinyos (PSJ), Rodriqo Kayo ("Sao Paulo").

 

Yarımmüdafiəçilər: Luiz Qustavo ("Volfsburq"), Elias ("Korintians"), Kasemiro ("Real", Madrid), Rafinya ("Barselona"), Renato Auqusto ("Beyjinq Quoan"), Filipe Koutinyo ("Liverpul"), Lukas Lima ("Santos"), Villian ("Çelsi").

 

Hücumçular: Duqlas Kosta ("Bavariya"), Halk ("Zenit"), Rikardo Oliveyra ("Santos") və Qabriel ("Santos").