FİFA 2020-ci il dünya çempionatına ev sahibliyinin Qətərdən alındığı təqdirdə mundialın keçirilməsi üçün yer axtarır. Apasport.az saytının “ESPN”ə istinadən verdiyi məlumata görə, ali futbol qurumu ABŞ-a müraciət edərək dünya çempionatını qəbul etməyə hazır olmağı xahiş edib.
ABŞ Futbol Federasiyasının prezidenti Sanil Qulati bu informasiyanı təkzib etsə də, müxtəlif mənbələr ABŞ-ın turnirin keçirilməsinə namizəd olduğunu təsdiq edirlər.
Qeyd edək ki, Qətər dünya çempionatını qəbul etmək üçün FİFA məmurlarına rüşvət verməkdə şübhəli bilinir. Əgər bu fakt təsdiq edilsə, ölkə mundialın ev sahibliyindən məhrum ediləcək.