Dünya çempionatının püşkü atıldı
12.10.2014 - 16:30
Dünya çempionatının püşkü atıldı

Mərakeşdə baş tutacaq klublararası dünya çempionatının püşkü atılıb. Apasport.az saytının məlumatına görə, pley-off, 1/4 və 1/2 finalın təqvimi açıqlanıb.

 

Belə ki, turnirdə Avropanı Çempionlar Liqasının finalında İspaniyanın “Atletiko”nu klubunu məğlub edən digər ispan nəhəngi "Real" (UEFA) təmsil edəcək ki, Cənubi Amerikadan Argentinanın "San Lorenzo" (CONMEBOL) komandası olacaq.

 

Şimali, Mərkəzi Amerkika və Karib hövzəsi ölkələrindən Meksika "Kruz Azul"u (CONCACAF), Okeaniyadan "Aukkland Siti" (Yeni Zellandiya) və ev sahibi Mərakeşdən "Moqreb Tetuan" komandaları çıxış edəcək.

 

Lakin Asiya və Afrika təmsilçilərinin klubları hələ ki bəlli deyil. Bunlar “Qara qitə”nin "Setif" (Əlcəzair) - "Vita" (Konqo) oyunundan və Asiya təmsilçisi "Vestern Sidney Vanderers" (Avstraliya) - "Əl-Hilal" (Səudiyyə Ərabistanı) matçlarından sonra bəlli olacaq.

 

"Real" və "San Lorenzo" mübarizəyə yarımfinaldan başlayacaq. İspanlar ¼ finalın qalibi ilə üz-üzə gələcək. Pley-off mərhələsində isə ev sahibi ilə Okeaniya təmsilçisi qarşılaşacaq.

 

Qeyd edək ki, turnir dekabrın 10-dan 20-dək keçiriləcək.