FİFA dünya çempionatlarında Avropa ölkələrindən bir komandanın sayını azaldacaq. Apasport.az saytının məlumatına görə, bu haqda ali futbol qrumunun İcraiyyə Komitəsinin üzvü Teo Svansiqer deyib.
O bildirib ki, “Köhnə qitə”nin bir millisinin əvəzinə, Afrika ölkələrinə daha bir yer ayrılacaq. Bu qərar isə 2018-ci ildə Rusiyada baş tutacaq mundial üçün keçərili olacaq. Svansiqerin sözlərinə görə, FİFA prezidenti Yozef Blatter də bu fikirlə razıdır.
Qeyd edək ki, Braziliyada keçirilən son dünya çempionatında Afrikanı 5 ölkə komandası təmsil edirdi. Mundiala Avropadan isə 13 komanda qatılmışdı.