Dünya çempionu 3 ay məşqçilikdən uzaqlaşdırıldı
27.10.2014 - 22:40
Dünya çempionu 3 ay məşqçilikdən uzaqlaşdırıldı

İspaniya Futbol Federiyasının İntizam Komitəsi “Real”ın gənclər komandası “Kastilya"nın baş məşqçisi Zinəddin Zidanı cəzalandırıb. Apasport.az saytının məlumatına görə, 1998 dünya və 2000-ci il Avropa çempionunun məşqçi lisenziyası olmadan madridliləri çalışdığı üçün diskvalifikasiyaya edilib.

 

İntizam Komitəsi “Qızıl top”un üçqat sahibini üç ay müddətinə məşqçilikdən uzaqlaşdırıb.

 

Xatırladaq ki, “Kral klubu”nun nümayəndələri iddia edirlər ki, sənədlərdə əsas məşqçi Serxio Sançesdir. Zidan isə onun köməkçisidir. İspaniya Futbol Federiyasının İntizam Komitəsinin qərarına qarşı “Real”ın Apellyasiya Məhkəməsinə müraciət etməsinə isə 10 gün vaxtı var.

 

Qeyd edək ki, ötən il “Real”ın baş məşqçisi Karlo Ançelottinin yardımçısı olan Zinnədin avqust ayından “Kastilya”nı çalışdırır.

0