Dünyanın nəhəng klubları 21 yaşlı futbolçu ilə maraqlanır. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Auqsburq” kubunda çıxış edən Abdul Rahman Babanı heyətinə "Real", "Atletiko", "Çelsi" və "Mançester Yunayted" kimi komandalar cəlb etmək istəyir.
Qərb mətbuatında yayılan xəbərlərdə bildirilir ki, sol cinah müdafiəçisinin baxımlı oyunu çoxdan bəri Avropanın aparıcı klublarının diqqətindədi. Gənc futbolçunun qənaətbəxş çıxışını görən məşqçilər heyəti ötən il onu Qana millisinə də çağırıb.
Qeyd edək ki, 19 matçda “Auqsburq” forması geyinən futbolçu 4 dəfə də fərqlənməyi bacarıb.