Ən bahalı futbolçu sıradan çıxdı
08.04.2015 - 18:33
Ən bahalı futbolçu sıradan çıxdı

Məşq zamanı zədələnən “Real”ın ulduzu Qaret Beyl mövsüm sonuna kimi futbolu buraxa bilər. Apasport.az saytı “Marca” qəzetinə istinadən xəbər verir ki, madridlilər “Rayo Valyekano” ilə çempionat  qarşılaşmasında  uelslinin köməyindən istifadə edə bilməyəcək.

 

 

Məlumata əsasən, Beyl dünənki məşqdə ciddi zədə alıb. Belə ki, “Real”ın daha bir ulduzu Xames Rodriqezdə də bənzər problemin yarandığı  müşahidə olunub və o, uzun müddət komandasına kömək edə bilməyib. 

 

 

Qeyd edək ki, Uels yığmasının üzvü hazırda 100 milyon avro ilə dünya futbol tarixinin ən bahalı transferi sayılır.