Dünyanın ən məhsuldar futbolçuları
09.05.2015 - 10:25
Dünyanın ən məhsuldar futbolçuları

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) dünyanın ən məhsuldar oyunçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, 2015-ci ilin arxada qalan hissəsində keçirilən beynəlxalq matçlarda ən çox qol vuranların cədvəlinə ən azı 4 qol vuranlar düşüb.

 

Siyahıda üçhakimiyyətlilik hökm sürür. Argentinalılar Daro Beneditto və Qustavo Bou, həmçinin belçikalı Romelu Lukaku 7 qol vurub.

 

Onların üçü də bütün qollarını qitə miqyaslı turnirlərdə rəqib qapısından keçirib. Beneditto Meksikanın “Amerika”, Bou Argentinanın “Rasinq”, Lukaku isə İngiltərə “Everton”unda fərqlənib.

 

Qeyd edək ki, Azərbaycan millisi və klublarının heyətində 2015-ci ildə 2 və daha çox qol vuran olmayıb.