Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2016-cı ilin ən məhsuldar futbolçularının siyahısını açıqlayıb. Apasport.az saytının məlumatına görə, bombardirlərin cədvəlində milli komandaların oyunlarında və qitə miqyaslı turnirlərdə ən çox qol vuranlar yer alıb.
Siyahıya ən azı 2 dəfə fərqlənən 49 futbolçu düşüb. İlin başa çatan ilk iki ayının yekunlarına əsasən tərtib olunan cədvələ 4 oyunçu başçılıq edir.
Onlar hərəyə 4 qol vurub. Əhməd Akaiçi Tunis, Çisom Çikatara Nigeriya, Meşak Eila Konqo yığmasında 4 dəfə fərqlənib. Braziliyalı Adriano Cənubi Koreyanın “Seul” klubunun heyətində Asiya kuboklarında 4 dəfə rəqib qapılarına yol tapıb.
Qeyd edək ki, ilin arxada qalan hissəsində Azərbaycan komandaları heç bir beynəlxalq oyun keçirmədiyindən qol sevinci yaşayan futbolçumuz yoxdu.
- “Real” üçün kabus kimi “El-Klassiko” – "Barselona"dan 7:0
- "Son rəqs" üçün Argentinaya gəldi – Messi milliyə vida edir
- Ronaldonun millidəki taleyinə aydınlıq gəldi: “Məşqçi istədiyi müddətdə...”
- “Üzümə bir söz deyə bilmirlər” – Hacıosmanoğlu susqunluğunu pozdu
- Serdal Adalı yenidən “Beşiktaş” prezidenti seçilib