Eden Azar 5-ci oldu
18.05.2015 - 23:45
Eden Azar İngiltərə Premyer Liqasının 37-ci turunda “Vest Bromviç”lə qarşılaşmada “Çelsi”nin heyətində ilk onbirdə yer alıb. Apasport.az saytının məlumatına görə, bu, belçikalı futbolçunun 100-cü belə uğurudu.
Ümumilikdə isə Azar həmyerliləri arasında Premyer Liqada start heyətində meydana çıxmaqda 100 oyun həddini aşan 5-ci futbolçu olub.
Buna qədər isə Vinsent Kompani – 200, Maruan Fellaini – 163, Simon Minyole – 162 və Musa Dembele – 114 dəfə öz klublarında start heyətində meydana çıxıblar.
0
0