Haqqında müxtəlif transfer şayiələri gəzən “Mançester Siti”nin hücumçusu Edin Ceko son qərarını verib. Apasport.az saytının “SKY Sport”a istinadən məlumatına görə, adı son vaxtlar “Çelsi” ilə hallanan bosniya və hersoqovinalı futbolçu bu yay klubunu dəyişməyəcək.
Bu barədə hücumçunun agenti məlumat verib:
“Edinin hər gün yeni bir klubla anlaşdığını yazırlar. Əvvəlcə “Atletiko” deyirdilər, sonran “Roma”, indi isə “Çelsi”. Dəfələrlə demişəm, yenə təkrar edirəm, müştərimə heç bir təklif gəlməyib, gəlsə də qəbul etmək fikri yoxdu. Cekonun “Mançester Siti”ni tərk etmək şansı sıfıra bərabərdi”.