Londonun “Arsenal” klubu yay transfer dönəmində heyətinə yeni qapıçı cəlb etmək istəyir. Apasport.az saytının məlumatına görə, “topçular” Peter Çex transferinin alınmaması halında “Lester”in qapıçısı Kasper Şmeyxelin keçidinə yönələcək.
Başda “Liverpul” olmaqla bir neçə Premyer Liqa klubunun da transfer siyahısında olan kiçik Şmeyxel hazırkı klubunda xoşbəxt olsa da aparıcı komandalardan birinə keçidə də qarşı deyil.
Xatırladaq ki, Danimarka milli komandasının da qapısını qoruyan Kasper əfsanəvi qapıçı Peter Şmeyxelin oğludur. Bu mövsüm Premyer Liqada 22 oyunda meydana çıxan qapıçı 36 qol buraxıb.