Əfsanəvi futbolçu karyerasını bitirdi
15.07.2015 - 14:13
Əfsanəvi futbolçu karyerasını bitirdi

Əfsanəvi argentinalı futbolçu Pablo Aymar karyerasını bitirmək qərarına gəlib. Apasport.az saytı xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi futboldan getməyə məcbur olub.

 

Məsələ burasındadı ki, “River Pleyt”ə yeni keçən Aymar sağ ayağında zədə olduğu üçün komandadan ayrı qalmışdı. Klubun baş məşqçisi Marselo Qalyardo da bu səbəbdən Aymarın xidmətinə ehtiyac duymadıqlarını bildirib. Bütün bunlar Argentina millisinin sabiq üzvünü futboldan getməyə vadar edib.

 

Qeyd edək ki, Pablo Aymar karyerası ərzində “River Pleyt”lə yanaşı, “Valensiya”, “Saraqosa”, “Benfika” və “Johor Darul” klublarında çıxış edib.