Topaz Premyer Liqasının XXXII turunun oyunlarına təyinatlar açıqlanıb. Apasport.az saytının məlumatına görə, Qəbələdə baş tutacaq mərkəzi qarşılaşma FİFA hakimlərindən heç birinə tapşırılmayıb.
AFFA Hakimlər Komitəsi “Qəbələ” – “Qarabağ” görüşünü Elvin Əsgərova tapşırıb. Maraqlıdı ki, FİFA referilərindən yalnız Orxan Məmmədova oyun həvalə edilib. Əliyar Ağayev və Rəhim Həsənova isə bu turda təyinat verilməyib.
1 may (cümə)
17:00. “Simurq” – “İnter”
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, Vüsal Qənbərov, İnqilab Məmmədov
Zaqatala şəhər stadionu
20:00. “Neftçi” – “Sumqayıt”
Hakimlər: Orxan Məmmədov, Akif Əmirəli, Kamran Bayramov, Ramil Əhmədov
“Bakcell Arena”
2 may (şənbə)
17:00. “Bakı” – “Xəzər Lənkəran”
Hakimlər: Ömər Paşayev, Elman Musayev, İsgəndər Əliyev, Ramil Diniyev
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu
19:00. “Qəbələ” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Yaşar Abbasov, Zeynal Zeynalov, Vüsal Əliyev
Qəbələ şəhər stadionu