AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda “Xəzər Lənkəran” futbolçusu Qalin İvanovla bağlı məsələyə baxılıb.
Belə ki, cənublular Apellyasiya və Ekspert Komitəsinə müraciət edərək, Topaz Premyer Liqasının IV turunun “Xəzər Lənkəran” – “İnter” bolqarıstanlı legionerə göstərilmiş sarı vərəqənin düzgün olmadığını və həmin xəbərdarlığın ləğv olunmasını xahiş edib.
Apellyasiya və Ekspert Komitəsi isə öz növbəsində bu məsələyə baxılmasını İntizam Komitəsinə tapşırıb. Nəticədə matçın video yazısına baxılıb və AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bu epizodla bağlı rəyindən sonra məsələylə bağlı qərar verilib.
Komitə 59-cu dəqiqədə İvanova göstərilmiş sarı vərəqənin hakim tərəfindən epizodu duzgün qiymətləndirilmədiyini və bu üzdən ləğv edilməsini düzgün sayıb. Bununla da FİFA referisi Əliyar Ağayevin səhvi təsdiqlənib.
Mənbə: pfl.az
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
- "Beşiktaş"dan ayrıldı, Bolqarıstanda çıxış edəcək
- Çempionlar Liqası matçları bu kanallarda - TV AFİŞA
- Arda Gülərə UEFA-dan mükafat – Mövsümün ən yaxşısı