Elmander: “Qalatasaray”a dönmək istəyirəm
05.03.2014 - 04:12
Elmander: “Qalatasaray”a dönmək istəyirəm

 

 

“Qalatasaray”ın keçmiş oyunçusu Elmander keçmiş komandası ilə bağlı önəmli açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, təcrübəli oyunçu yenidən Türkiyədə olmağın və «Qalatasaray»ın heyətində oynamağın ona qürur verdiyini bildirib.

 

Elmander Türkiyəyə İsveç millisinin heyətində gəlib. “Qalatasaray”ın “Norveç Siti”yə icarəyə verdiyi futbolçu məşq öncəsi keçmiş komandası ilə yenidən müqavilə imzalamaq istədiyini dilə gətirib: “Təkrar müqavilə imzalamaq istərdim. Amma bu məsələ hələlik müzakirə mövzusu deyil. Hazırda komandamın müvəffəqiyyəti üçün çalışıram. “Qalatasaray”ı isə yaxından izləyirəm”.

 

Elmander baş məşqçi Fatih Terimi yenidən gördüyü üçün də xoşbəxt olduğunu bildirib. O, Çempionlar Liqası ilə bağlı açıqlama ilə çıxış edərək, “Qalatasaray”ın “Çelsi”ni keçə biləcək qüvvədə olduğunu deyib.