Elnur Allahverdiyev: “Neftçi”də oynamaq böyük şərəfdir
11.09.2014 - 16:25
Elnur Allahverdiyev: “Neftçi”də oynamaq böyük şərəfdir

“Neftçi” mənim üçün doğma klubdur və bura qayıtdığıma görə çox şadam. Azərbaycan futbolunun ən köklü və titullu klubunda oynamaq həm məsuliyyət, həm də böyük şərəfdir”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” ilə 2 illik müqaviləyə imza atan Elnur Allahverdiyev deyib.

 

Təcrübəli müdafiəçi “ağ-qaralar”ın bu günkü məşqindən əvvəl klubun rəsmi saytına açıqlama verib: “Neftçi” hər zaman ən yüksək mükafatlar uğrunda mübarizə aparıb. Təkcə onu deyim ki, komanda son 4 mövsümdə 3 dəfə ardıcıl çempion olub və 2 dəfə kuboku qazanıb. Çalışacağam ki, mənə göstərilən etimadı öz oyunumla doğruldum. “Neftçi”nin uğurları üçün əlimdən gələni edəcəyəm və inanıram ki, komanda yoldaşlarımla birgə vəzifəmizin öhdəsindən layiqincə gələcəyik”.