Bakının “Neftçi” klubu daha bir futbolçunu heyətinə qatıb. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” əvvəllər də komandada oynamış Elnur Allahverdiyevi rəsmən geri qaytarıb.
Müdafiəçinin adı artıq Peşəkar Futbol Liqasına təqdim olunan sifariş vərəqəsinə daxil edilib. Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. 2 illik müqaviləyə imza atan Allahverdiyev “Neftçi”nin heyətində 14 nömrəli futbolkada çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı arxa xətt oyunçusu “Ədliyyə” , “Şəfa”, MOİK, “Neftçi” (hamısı Bakı), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” və “Qəbələ” klublarında forma geyinib.
Mənbə: pfl.az