AFFA-nın baş katibi Elxan Məmmədov milli komandamızın hazırlıq prosesini dəyərləndirib. Apasport.az saytının məlumatına görə, assosiasiya rəsmisi BƏƏ-nin Dubay şəhərində baş tutan təlim-məşq toplanışından razılığını ifadə edib.
Məmmədov bildirib ki, yığmamızın baş məşqçisi Berti Foqts da hazırlıqdan məmnundur: “Təlim-məşq toplanışı yaxşı alındı. Müsbət məqamlar var, lakin çatışmazlıqlar da öz yerində. Berti Foqts hazırlıq prosesindən razı qaldı. Filippinlə görüşə gəlincə, sevindirici haldır ki, qələbə qolunu gənclər yığmasından dəvət olunan futbolçu vurdu”.
Qeyd edək ki, ilə Dubay şəhərdəki toplanışla start verən yığmamız hazırlığını Filippinlə qarşılaşma ilə tamamlayıb. Komandamız Asiya təmsilçisini 1:0 hesabı ilə məğlub edib.