Elxan Məmmədov: UEFA-ya minnətdarıq
12.03.2014 - 15:36
Elxan Məmmədov: UEFA-ya minnətdarıq

“Mühüm bir andır. Vacib tədbirə ev sahibliyi edəcəyik”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

 

Bu gün “Hilton” otelində keçirilən UEFA Futzal Kubokunun “Dördlər finalı”nın püşkatma mərasiminə AFFA prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirovla yanaşı,  baş katib də iştirak edir.

 

Tədbirdə çıxış edən Məmməmdov bildirib ki, “Dördlər finalı”nın Bakıda keçirilməsi ölkəmiz üçün mühüm hadisədir: “Etimada görə UEFA-ya minnətdarlıq edirik. Bakıda bundan öncə də möhtəşəm turnirlər keçirilib və keçiriləcək də. Əminəm ki, bu hadisə hər birinizin həyatında mühüm yer tutacaq”.