Emenike ərəblərə lazım olmadı
14.01.2016 - 23:22
Emenike ərəblərə lazım olmadı

Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” klubu nigeriyalı futbolçu Emanuel Emenikeni geri qaytarıb. Apasport.az saytının məlumatına görə, icarə əsasında cəlb olunan hücumçu ilə yollar ayrılıb.

 

Onunla daimi əsasda müqavilə imzalanması variantı olsa da, ərəb klubu bu şansdan istifadə etməyəcək.

 

Futbolçu artıq məxsus olduğu “Fənərbaxça”ya geri qayıdıb.