Emeqaradan yeni rekord
20.11.2014 - 14:51
Emeqaradan yeni rekord

Topaz Premyer Liqasında mövsümün ən erkən dublu rəsmiləşib. Apasport.az saytının məlumatına görə, “Qarabağ”ın futbolçusu İnnosent Emeqaraya 1 oyunda 2 qol vurmaq üçün 15 dəqiqə kifayət edib.

 

Legioner XII turun “Bakı” ilə qarşılaşmasının startından sonrakı 15 dəqiqədə iki qol vurmaqla Junior Nildonun rekordunu arxada qoyub. "İnter"in braziliyalısı “Bakı” ilə VI turun oyununda 19-cu dəqiqədə dublunu rəsmiləşdirmişdisə, Emeqara bu nəticəni 4 dəqiqə yaxşılaşdırıb. 

 

Bununla da İnnosent start fitindən sonra 2 qol vurmaq üçün ən az vaxt sərf edən futbolçu kimi mövsümün ən yaxşı göstəricisinə imza atıb.

 

Qeyd edək ki, davam edən “Bakı” – “Qarabağ” oyununda I hissədən sonra hesab 2:2-dir.