“Ayntraxt”da çıxış edən həmyerlimiz Emil Balayevə daha bir rəqib gəlib. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Bundesliqa təmsilçisi bir müddət əvvəl anlaşdığı Lukas Qradeçki ilə münasibətlərini rəsmiləşdirib.
Finlandiya yığmasının qolkiperi Frankfurt təmsilçisi ilə 3 illik rəsmi müqaviləyə qol çəkib və kollektivə qoşulub. Danimarka klubu “Brondbü”dən transfer edilən 26 yaşlı qolkiper yeni komandasında 1 nömrəli formanı daşıyacaq.
Bununla da “Ayntraxt”da qapıçıların sayı yenidən 4-ə çatıb. Qradeçki ilə yanaşı, “Austriya”dan Heinz Linderi də alan Bundesliqa klubunun digər qolkiperləri Emil Balayev və Yannik Zummakdı.