Emil Balayevi türkiyəli məşqçi çalışdıra bilər
10.06.2015 - 17:47
Emil Balayevi türkiyəli məşqçi çalışdıra bilər

Milli komandamızın qapıçısı Emil Balayevin formasını geyindiyi “Ayntraxt” klubu baş məşqçi axtarışlarını davam etdirir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, Frankfurt təmsilçisini türkiyəli mütəxəssis çalışdıra bilər.

 

Söhbət ötən mövsüm “Hannover”də işləyən Tayfun Korkutdan gedir. “Ayntraxt” rəhbərliyi Tomas Şaafın istefasından sonra yaranan boşluğu məhz Korkutla doldurmaq niyyətindədi. Bu məqsədlə gənc mütəxəssis dünən Frankfurta yollanıb və klub rəsmiləri ilə görüşüb. Görüşün təfərrüatları barədə açıqlama verilməsə də, danışıqların müsbət nəticələndiyi qeyd edilib.

 

Qeyd edək ki, “Ayntraxt” ötən mövsüm Bundesliqada 9-cu yeri tutub.