Emil Balayevin komandasında dəyişiklik: Trapp gedir, Vaydenfeller gəlir?
06.07.2015 - 18:00
Emil Balayevin komandasında dəyişiklik: Trapp gedir, Vaydenfeller gəlir?

Almaniyanın “Ayntraxt” klubunun qapıçısı Kevin Trappın PSJ ilə danışıqları müsbət nəticələnmək üzrədi. Apasport.az saytı xəbər verir ki, təcrübəli qolkiperin yaxın günlərdə tibbi müayinədən keçib, parislilərlə müqavilə imzalayacağı gözlənilir.

 

Azərbaycan yığmasının üzvü Emil Balayevin də formasını geyindiyi “Ayntraxt” bu transferdən 9 milyon avro qazanacaq. Əgər Trapp PSJ-də özünü yaxşı tərəfdən göstərə bilsə, frankfurtlular əlavə gəlir də əldə edəcəklər.

 

Qeyd edək ki, “Ayntraxt” rəhbərliyi Trappın əvəzinə Dortmund “Borussiya”sının çərçivəsi qoruyucusu Roman Vaydenfelleri transfer etmək fikrindədi.