Ərəblərdən argentinalıya fantastik məbləğ
10.04.2015 - 21:38
Ərəblərdən argentinalıya fantastik məbləğ

Səudiyyə Ərəbistanının Futbol Federasiyası “Marsel” klubunun baş məşqçisi Marselo Bielsanı yığma komandaya cəlb etmək istəyir. Apasport.az saytının məlumatına görə, qurum argentinalıya ilinə 10 milyon avro təklif edir.

 

Türkiyə mətbuatında gedən informasiyalara inansaq, Bielsa baş məşçi gəlsə, bu post ona 2022-ci ilədək tapşırılacaq. Belə ki, həmin il Qətərdə Dünya Çempionatı təşkil olunacaq. Təklifi qəbul etsə, o vaxtadək çalışdırıcı 80 milyon avro qazanacaq.               

 

Artıq baş məşqçi ilə ilkin razılığın əldə olunduğu bildirilir. Belə ki, Fransa çempionatının cari mövsümü bitdikdən sonra, çalışdırıcı komandası ilə yollarını ayıracaq.