Ernan Krespo B seriyasında işləyəcək
30.06.2015 - 21:19
Ernan Krespo B seriyasında işləyəcək

Argentina milli komandasının keçmiş futbolçusu Ernan Krespo bundan sonra B seriyasında çıxış edən “Modena” klubunu çalışdıracaq. Apasport.az saytının məlumatına görə keçmiş hücumçu ilə 1 illik müqavilə imzalanıb.

 

Razılaşmaya əsasən tərəflər bir-birindən məmnun olsa anlaşmanın müddəti daha 2 il uzadıla bilər.

 

Kresponun son iş yeri maddi problemlərə görə həvəskarlar liqasına göndərilən “Parma”nın gənclər komandası olub.

 

Qeyd edək ki, Ernan Krespo karyerası ərzində “Parma”, “Milan”, “İnter” və “Çelsi” kimi klubların formasını geyinib.

 

Keçmiş hücumçu Argentina milli komandası ilə meydana çıxdığı 65 oyunda 35 dəfə rəqibilərini məyus edib.