“Futbolçulardan razı qalmadım. Çünki tapşırıqlarımı tam yerinə yetirə bilmədilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Araz Naxçıvan”ın baş məşqçisi Əsgər Abdullayev deyib.
O, bu gün Topaz Premyer Liqasının VIII turunda doğma publika önündə AZAL-la heç-heçə (2:2) etmələrinə şərh verib: “Lakin biz rəqibə nisbətən daha çox hücum etdik. Son dəqiqələrdə Tərlan Xəlilov əlverişli epizoddan yararlana bilsəydi, qələbə qazanacaqdıq. Bütün bunları nəzərə alıb, deyim ki, iki xal itirdik. Oyuna fərqli taktika ilə çıxmışdıq. Amma qol buraxdıqdan sonra erkən əvəzləmələr edib, David Canalidze və Bəxtiyar Soltanovu hücumda oynatdım. Bizi qarşıda çətin oyunlar gözləyir. Ona görə də Azərbaycan Kubokundakı rəqibimiz “Xəzər Lənkəran”la bağlı danışmaq itəmirəm”.(pfl)