Eşli Koul Premyer Liqaya qayıda bilər
21.06.2015 - 20:39
“Roma”nın futbolçusu Eşli Koul İtaliyanı tərk etməyə hazırlaşır. Apasport.az saytının “Daily Star”a istinadən məlumatına görə, İngiltərə milli komandasının müdafiəçisi yenidən Premyer Liqada çıxış edə bilər.
34 yaşlı sol cinah müdafiəçisi ilə “Nyukasl” maraqlanır.
Qeyd edək ki, 2014/15 mövsümünü “Roma”da keçirən Eşli “canavarlar”ın formasında 11 dəfə meydana çıxmaq imkanı əldə edib.
0
0