Etame Mbilla və millimizin futbolçuları
11.09.2014 - 09:38
Etame Mbilla və millimizin futbolçuları

Türkiyə çempionatının I liqasının rekordçularının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, çempionatda çıxış edən 64 legioner arasında ən təcrübəlilər müəyyənləşib.

 

“Xəzər Lənkəran”ın sabiq futbolçusu Etame Mbilla qonşu ölkənin I liqasında keçirdiyi oyun sayında “64-lüy”ə başçılıq edir. 6-cı mövsümünün startı öncəsi onun hesabında 145 oyun var idi.

 

Azərbaycan millilərində oynamış və karyerasını Türkiyənin aşağı dəstəsində davan etdirənlər arasında rekord isə Branimir Subaşiçə məxsusdur – 30 oyun. Cari mövsümün startınadək Rail Məlikov 25, Ufuk Budak 8, Mahir Şükürov 1 oyun keçirmişdi.

 

64 legionerdən 37-nin debütant olduğu çempionatda 5 azərbaycanlının da ilk matçı 2014/15 mövsümündə keçiriləcək. Bunlar Cavid İmamverdiyev, Vaqif Cavadov, Timur Təməltaş, Rəhman Hacıyev, Ayaz Mehdiyevdir. Onlardan biri – Timur da Ufuk kimi legioner statusu daşımadığından 64 əcnəbi sırasına daxil deyil.