Topaz Premyer Liqasının XXIV turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq "Qəbələ" bu gün doğma məkanda oyun öncəsi son məşqinə çıxıb. Apasport.az saytının məlumatına görə, məşqdən öncə klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın futbolçu, məşqçi və texniki heyətini Xocalı soyqırımı barədə ətraflı məlumatlandırıb, onlara bu günün Azərbaycan xalqının həyatında tutduğu önəmli yerdən bəhs edib.
Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Rafael Santos və Omar Kalabane yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.
"Qırmızı-qaralar" sabah səhər saatlarında Qəbələni tərk edəcək. Komandanın matçöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Zaqatala şəhər stadionunda baş tutacaq.
Qeyd edək ki, “Simurq” - "Qəbələ" matçı fevralın 28-də keçiriləcək. Görüş saat 15:00-da başlayacaq.
- “Arsenal”dan “Əl-Hilal”a - KLUB TARİXİNİN ƏN BAHALI SATIŞI
- Argentinada Messiyə xüsusi jest – Oyunlar 10-cu dəqiqədə dayandırılacaq
- Ançelotti "Real"ın düşərgəsini ziyarət etdi
- Bosniya futbolunda bir dövr başa çatır – Edin Cekonun son matçı
- Obameyanq hökumətin tənqidindən sonra millidən getdi – “Bu, son damla oldu”