“Mən Çempionlar Liqasında “Bavariya”nı şanslı görürəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello deyib.
Təcrübəli çalışdırıcı bu mövsüm start verəcək Çempionlar Liqasının oyunları haqda danışıb.
İtaliyalı mütəxəssis son Almaniya çempionu “Bavariya”nı favorit hesab edir: “Lakin ispan klubları əvvəlki kimi təhlükəlidir. İtalya komandalarına gəlincə, onlar bir qədər güclü klublar qarşısında aciz qalırlar. Biz ötən mövsüm “Atletiko”nu gördük. Bu komandada motivasiya çox yüksəkdir. İpaniya təmsilçisi yenidən qazanmaq arzusundadır”.