Fabreqas İtaliya yolunda
28.12.2015 - 15:45
“Çelsi” klubu Fransesk Fabreqasla yolları ayıra bilər. Apasport.az saytı xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi karyerasını İtaliya çempionatında davam etdirməyə çox yaxındı.
Fabreqasın xidmətində A seriyasında çıxış edən 2 komanda maraqlıdı. Söhbət “İnter” və “Yuventus”dan gedir. Hər iki tərəf futbolçunun özü ilə danışıqlara start verib.
Qeyd edək ki, karyerası ərzində “Arsenal” və “Barselona”nın da formasını geyinmiş Fabreqas ötən ildən “Çelsi”nin uğurları üçün çalışır. O, “zadəganlar”ın heyətində ümumilikdə 67 oyunda 6 qola imza atıb.
- Arda Güler “Real Madrid”də ayın futbolçusu seçilib
- Ertuğrul Doğandan mərc ittihamlarına cavab: “Bu, hamı üçün dərs olsun”
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
0
0