Falkao "Yuventus"a keçə bilər
15.04.2015 - 19:49
Falkao "Yuventus"a keçə bilər

Radamel Falkao “Yuventus”da çıxış edə bilər. Apasport. az saytının məlumatına görə, Turin klubu ilə “Monako” arasında ötən gecə keçirilən Çempionlar Liqasının 1/4 final mərhələsi oyunundan əvvəl hər iki komandanın yetkililəri bir araya gələrək bu mövzuda danışıb.

 

 

Türk mətbuatında yer alan xəbərlərə əsasən, hazırda “Mançester Yunayted” forması geyinən, lakin knyazlıq təmsilçisinə məxsus hücumçu ilə icarə müqaviləsinin bağlanması mümkündü.

 

Qeyd edək ki, Falkao “qırmızı şeytanlar”ın heyətində zəif təsir bağışladığından, adətən oyuna sonradan daxil olur. Lui van Qal isə ona çox az hallarda şans verdiyi forvard bu mövsümdə cəmi 4 dəfə fərqlənib.