Falkao Madridə qayıdır?
21.05.2015 - 00:18
Falkao Madridə qayıdır?

“Atletiko Madrid” klubunun hücumçusu Mario Mancukiç “Monako”da çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, knyazlıq klubu xorvat hücumçu üçün 25 milyon avro ödəməyə hazırdı.

 

Eyni zamanda mövsümü “Mançester Yunayted”də keçirmiş, transfer hüququ “Monako”ya məxsus olan Falkaonun əks marşrut üzrə hərəkət etməsi də mümkündü.

 

Xatırladaq ki, Falkao 2011-2013-cü illər arasında Madrid klubunun şərəfini qoruyub.