Fransa çempionatının dördüncü dviziyasında oynayan “Şassle” klubunun futbolçusu Soner Ertek kolumbiyalı azarkeşlər tərəfindən ölümlə hədələnir. Apasport.az saytının məlumatına görə, Kolumbiya yığmasının bombardiri Radamel Falkao məhz Ertekin zərbəsindən sonra zədələnib və dünya çempionatında çıxış edə bilməyəcək.
Həvəskar klubun müdafiəçisi Falkaonu hələ yanvar ayında zədələyib. Amma azarkeşlər onu indi hədələməyə başlayıblar. Çünki Kolumbiya yığmasının məşqçiləri Falkaonun zədə səbəbindən dünya çempionatında oynaya bilməyəcəyini bu günlərdə açıqlayıblar.
İnternetdə Ertekin ünvanına söyüşlər, təhqirlər yazılır. Ən çılğın azarkeşlər isə “Falkaonu zədələyəni öldürək” qrupu yaradıblar. Bu qrup qısa müddət ərzində kolumbiyalılar arasında xeyli tərəfdar tapıb.
Falkaonu zədələyən futbolçu ölümlə hədələnir