Fanatlar etiraz edirlər: Dəyişməlidi!
26.04.2016 - 22:46
Fanatlar etiraz edirlər: Dəyişməlidi!

"Arsenal"ın iki ən böyük fanat qruplaşması İngiltərə Premyer Liqasının "Norviç"lə oyununda etiraz aksiyası keçirəcək. Apasport.az saytının məlumatına görə, London klubunun "REDaction" və "Black Scarf Movement" azarkeş qrupları "topçular"ın son vaxtlar uğursuz çıxışlarına görə Premyer Liqanın növbəti turunun 12 və 78-ci dəqiqələrində pankart açacaq.

 

İngiltərə mətbuatı iddia edir ki, pankartın üzərində "dəyişiklik zamanıdı", "Arsenal" futbol klubu "Arsen" futbol klubu deyil", "Venger getməlidi" yazılıb.

 

Azarkeşlərin pankartı matçın 12-ci və sona 12 dəqiqə qalmış açmaqla komandanın 12 illik çempionluq həsrətinə işarə edəcəklər.

 

Fanat qruplarının rəhbərləri İngiltərə mətbuatına açıqlamasında, ardıcıl uğursuz oyunlara rəğmən, Arsen Vengerin istefaya göndərilməməsinə də etiraz ediblər.

0