Fasilə bitdi: Qonşular üz-üzə, “Sumqayıt” hələ də gözləyir
19.11.2014 - 11:37
Fasilə bitdi: Qonşular üz-üzə, “Sumqayıt” hələ də gözləyir

Sabah Topaz Premyer Liqasında XII turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, milli komandaların oyunları ilə əlaqədar yaranan fasilə bu gün bitməli olsa da, “Araz-Naxçıvan”ın dağılmasından sonra baş tutacaq qarşılaşmaların hamısı sabaha təsadüf edəcək. İştirakçıların sayının 9-a enməsindən sonrakı ilk turda keçiriləcək 4 oyundan üçü paytaxtda baş tutacaq.

 

Turun ilk oyunu son çempion “Qarabağ”ın iştirakı ilə olacaq. Ağdamlılar I dövrədə gözlənilmədən xal itirdiyi “Bakı”nı sınağa çəkəcək. Ağdamlılar autsayderə qalib gəlməklə əldən verdiyi liderliyi qaytarmağa çalışacaq. “Bakı” isə qalib gəlsə, 3 pilləyədək irəliləməsi mümkündü.

 

Qəbələdəki ilk oyunda eyniadlı komandaya qalib gələn AZAL əyalət təmsilçisini qəbul edəcək. 3 xal sayəsində rəqibinə çatmaq imkanı olan “təyyarəçilər”Ⅶson sıralardan uzaqlaşmaq niyyətindədi. “Qəbələ” isə hesabından 6 xal silinəndən sonra uzaqlaşdığı liderlər qrupuna çatmaq üçün Bakıya qələbə dalınca gəlib.

 

Naxçıvan klubunun dağılması sayəsində zirvəyə yüksələn “Neftçi” mövqeyini qorumaq üçün Zaqatalada qalib gəlməlidir. Bakılılar cari mövsüm sabit çıxış etməyən “Simurq”un qonağı olacaq. “Ağ-qaralar” xal itirsə, “Qarabağ” liderliyi geri qaytara bilər.

 

Tura mərkəzi oyunla yekun vurulacaq. Turnir cədvəlindəki qonşular – “İnter”lə “Xəzər Lənkəran” Bakıda üz-üzə gələcək. Ardıcıl 5 heç-heçə edən paytaxt təmsilçisi mövsümdəki yeganə məğlubiyyətini qisasını almaq üçün, qonaqlar isə mövqeyini daha da yaxşılaşdırmaq üçün qələbəyə köklənib.  Liderlərlə müqayisədə 1 matç çox keçirən cütlüyün oyununda xalsız qalan tərəf isə mövqeyini xeyli əldən vermiş olacaq.

 

Qeyd edək ki, XII turda “Araz-Naxçıvan”la qarşılaşmalı olan “Sumqayıt” istirahət edəcək.


XII tur

20 noyabr (cümə axşamı)

14:00. “Bakı” – “Qarabağ”
I dövrədəki oyun – 2:2

“Bakı” FK-nın təlim-məşq bazasının stadionu

16:00. AZAL – “Qəbələ”
I dövrədəki oyun – 2:1

“AZAL Arena”

17:00. “Simurq” – “Neftçi”
I dövrədəki oyun – 1:2

Zaqatala şəhər Olimpiya kompleksinin stadionu

 

18:00. “İnter” – “Xəzər Lənkəran”
I dövrədəki oyun – 0:1

“İnter Arena”

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

 Neftçi

9

6

2

1

13-5

20

2

 Qarabağ

9

5

3

1

14-8

18

3

 İnter

10

3

6

1

17-3

15

4

 Xəzər Lənkəran

10

4

2

4

13-11

14

5

 Qəbələ

9

3

3

3

10-12

12

6

 Simurq

10

3

2

5

12-12

11

7

 Sumqayıt

10

3

1

6

11-16

10

8

 AZAL

9

2

3

4

7-15

9

9

 Bakı

10

2

2

6

7-22

8

 

Bombardirlər: Mikel Alvaro (“Inter”), Nurlan Novruzov (!Bakı”), Məhəmməd Qurbanov (“Sumqayıt”) - 5 qol.