Türkiyə milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Fatih Terim Braziliya və Qazaxıstan oyunları üçün 28 futbolçuya dəvət göndərib.
Təcrübəli çalışdırıcı Ömer Toprak və Hakan Çalhanoğlunu sərəncamında görmək istəməyib. Əvəzində “imperator” "Bursaspor"un qapıçısı Harun Təkini ilk dəfə milliyə çağırıb.
Qeyd edək ki, “Ay-ulduzlular” noyabrın 12-də "Şükrü Saracoğlu" stadionunda Braziliya ilə yoxlama oyununda qarşılaşacaq. Terimin yetirmələri 4 gün sonra "Türk Telekom Arena"da Qazaxıstan millisi ilə AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində
Qapıçılar: Volkan Dəmirəl ("Fənərbaxça”), Volkan Babacan (“Başakşəhər”), Harun Təkin (“Bursaspor”)
Müdafiəçilər: Bəkir İrtəgün, Caner Erkin, Gökhan Gönül (hamısı – “Fənərbaxça”), Tarık Çamdal, Semih Kaya (hər ikisi - "Qalatasaray"), Sərdar Əziz (“Bursaspor”), İsmail Köybaşı (“Beşiktaş”), Kaan Ayhan (“Şalke”, Almaniya)
Yarımmüdafiəçilər: Həmit Altıntop, Selcuk İnan (hər ikisi - "Qalatasaray"), Alper Potuk, Mehmet Topal (hər ikisi - "Fənərbaxça”), Mehmet Ekici (“Trabzonspor”), Bilal Kısa (“Akhisar”), Oğuzhan Özyakup (“Beşiktaş”), Ozan Tufan (“Bursaspor”)
Hücumçular: Gökhan Töre, Olcay Şahan, Mustafa Pektemek (hamısı - "Beşiktaş”), Umut Bulut, Burak Yılmaz (hər ikisi - "Qalatasaray"), Adəm Büyük (“Kasımpaşa”), Volkan Şən (“Bursaspor”), Arda Turan (“Atletiko”, İspaniya), Mövlüd Ərdinç (“Sent-Etyen”, Fransa)