Fernando Llorente İngiltərə yolunda
20.06.2015 - 23:21
Fernando Llorente İngiltərə yolunda

“Liverpul” “Yuventus”un hücumçusu Fernando Llorenteni heyətinə cəlb etmək istəyir. Apasport.az saytının “Daily Mail”ə istinadən məlumatına görə, “qırmızılar” ispan hücumçu üçün italiyalılara 30 milyon funt-sterlinq təklif etməyə hazırlaşır.

 

Xatırladaq ki, Llorente 2013-cü ildən Turin klubunun şərəfini qoruyur. Bu müddətdə o, meydana çıxdığı 65 oyunda 23 dəfə fərqlənməyə imkan tapıb.