Fernando Torres rəsmən “Atletiko”da!
29.12.2014 - 13:52
“Milan”ın hücumçusu Fernando Torres yenidən vətəni İspaniyaya qayıdıb. Apasport.az saytı xəbər verir ki, İspaniya millisinin forvardı sabiq komandası “Atletiko” ilə anlaşıb.
Klublar arasında razılığa görə, Torres “Atletiko”da icarə əsasında çıxış edəcək. “Atletiko”nun rəsmi saytında yazılan məlumata görə, onlar futbolçunu 1,5 illik icarəyə götürüblər.
Qeyd edək ki, karyerasına məhz “Atletiko”da başlayan Fernando Torres 2007-ci ildə bu klubu tərk edib və növbə ilə “Liverpul”, “Çelsi” və “Milan”da çıxış edib.
0
0