FİFA-da baş verən rüşvət və korrupsiya skandalı haqqında film çəkiləcək. Apasport.az saytının “hollywoodreporter.com”a istinadən məlumatına görə, filmi “Warner Bros.” kinokompaniyası çəkəcək.
Ekran əsərinin prodüseri 2 dəfə “Oskar” mükafatı laureatı Ben Afflek, rejissoru isə Kevin O`Konnor olacaq. Xatırladaq ki, rejissor buna qədər idmanla bağlı iki film çəkib.
Hokkey haqqında çəkilmiş “Buz üstündə möcüzə” (“Miracle”) və idman-dram janrında olan “Əsgər” (“Warrior”) filmləri də O`Konnorun sənət əsərləridi.
Xatırladaq ki, bir müddət əvvəl FİFA-da rüşvət və korrupsiya skandalı baş vermiş, bir neçə yüksək vəzifəli məmur həbs olunmuşdu.