[b]"Real" və "Atletiko"ya transfer qadağası qoyuldu[/b]
29.04.2015 - 11:12
[b]"Real" və "Atletiko"ya transfer qadağası qoyuldu[/b]

“Real” və “Atletiko” qarşıdakı iki transfer dönəmində futbolçu ala bilməyəcək. Apasport.az saytının məlumatına görə, FİFA hər iki İspaniya nəhənginə transfer qadağası qoyub.


Ali futbol qurumu hər iki klubun 18 yaşdan aşağı oyunçuları transfer edərkən qanunsuzluğa yol verdiyi üçün onların 2015-ci ilin yay və 2016-cı ilin qış transfer dönəmində heyətlərinə oyunçu qatmalarına qadağa qoyub.


Həm “Real”, həm də “Atletiko” bununla bağlı İdman Arbitraj Məhkəməsinə (İAM) müraciət etməyə hazırlaşır.


Qeyd edək ki, FİFA daha öncə digər İspaniya nəhəngi “Barselona”ya transfer qadağası qoymuşdu. Bu üzdən kataloniyalılar yanvarda olduğu kimi, mövsümün sonunda da oyunçu ala bilməyəcəklər.