FİFA bütün şübhələrə aydınlıq gətirəcək
13.11.2014 - 00:05
FİFA bütün şübhələrə aydınlıq gətirəcək

Bu gün Əxlaq üzrə Komitənin Arbitraj Palatasının başçısı Hans-Yoahim Ekkert  2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarının ölkə təşkilatçılarının seçkilərinin araşdırılmasının nəticələri haqqında rəsmi bəyanatla çıxış edəcək. Apasport.az saytının məlumatına görə, qrum rəhbəri bütün şübhələrə aydınlıq gətirəcək.

 

Xatırladaq ki, sentyabr ayında Əxlaq üzrə Komitənin Arbitraj Palatasına FİFA-nın araşdırmalarının nəticəsinə görə məruzə təqdim edilmişdi. Britaniya KİV-i iddia edirdi ki, Rusiya və Qətər yarışların keçirilməsinə qanunsuz yolla hüquq qazanıb.